...

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə növbəti seçki keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 19:55 (UTC +04:00)
Şura üzvlüyünə “Səhiyyə, sağlamlıq və ekologiya” qrupu üzrə keçirilən seçkinin nəticəsi açıqlanıb
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə növbəti seçki keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə "Səhiyyə, sağlamlıq və ekologiya" qrupu üzrə seçki keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasa açıq səsvermə ilə Sevda Tahirli sədr, Samirə Mustafayeva isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. S.Tahirli iclasda qeydə alınmış 70 QHT nümayəndəsindən 67-si iştirak etdiyini deyib və təşkilati-texniki işlər haqqında ətraflı məlumat verib.

Şura üzvlüyünə namizədlər "Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası"nın prezidenti Gülnarə Hüseynova, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov, "Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin prezidenti Qəmzə Yusubova və "Səma və Eko" Elmi-Praktik İctimai Birliyinin sədri İradə Həsənova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Anar Xəlilov (46 səs), Gülnarə Vəliyev ( 29 səs) və Qəmzə Yusubova (13 səs) olub.

Qeyd edək ki, sabah "Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə" qrupu üzrə seçkilər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti