...

200-dək QHT-yə illik maliyyə hesabatları ilə bağlı təlim keçirilib

Cəmiyyət Materials 1 Aprel 2016 20:37 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma” mövzusunda təlimlər təşkil edib.
200-dək QHT-yə illik maliyyə hesabatları ilə bağlı təlim keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Yeni yaradılmış proqramdan istifadə qaydaları ilə bağlı QHT-lər üçün məlumatlandırma" mövzusunda təlimlər təşkil edib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin məqsədi QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsidir.

Təlimlər Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində, Quba Regional QHT-lərin Resurs Mərkəzində, Şəmkir Regional QHT-lərin Resurs Mərkəzində və Qəbələ Regional QHT-lərin Resurs Mərkəzində keçirilib.

200-dək QHT-nin iştirak etdiyi təlimlərdə QHT-lərə kod-parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları izah edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Maliyyə Nazirliyi illik maliyyə hesabatlarının 30 gün müddətində elektron qaydada nazirliyə təqdim edilməsi barədə QHT-lərə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti