...

İtkin düşən məktəblilər yolu azıblarmış - Rəsmi açıqlama

Cəmiyyət Materials 21 Aprel 2016 10:52 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aprelin 20-də paytaxtın 20 nömrəli məktəb-liseyinin iki şagirdinin itməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
İtkin düşən məktəblilər yolu azıblarmış - Rəsmi açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi aprelin 20-də paytaxtın 20 nömrəli məktəb-liseyinin iki şagirdinin itməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, həmin şagirdlər 63 saylı marşrut avtobusunun bağlanmasından məlumatlı olmadıqları üçün çaşqınlıq yaşayıblar: "Məktəbdən çıxdıqdan sonra (12:40) bir müddət gözləyən şagirdlər avtobusun gəlmədiyini görüncə bilmədikləri avtobusdan istifadə edərək yolu azıblar. Amma xoşbəxtlikdən heç bir problem yaşanmadan yolu azdıqları yerdən valideynləri ilə əlaqə saxlayaraq evlərinə gediblər (19:30). Hazırda şagirdlər dərsdədirlər".

Bu məsələ ilə bağlı şagirdlərin valideynləri məktəbə dəvət olunub. Bu kimi hallarla yenidən qarşılaşmamaq üçün valideynlərə uşaqların dərsdən sonra evə getməklərinə nəzarət etməkləri tapşırılıb.

Qeyd edək ki, itkin düşdüyü bildirilən məktəblilər bacı və qardaşdırlar. Onlar 5-ci sinif şagirdləridirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti