...

ADNSU və "Təmiz Şəhər" elm və təcrübənin gücünü birləşdirir (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2016 16:02 (UTC +04:00)
“Təmiz Şəhər” ASC və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) əməkdaşlığa başlayıb.
ADNSU və "Təmiz Şəhər" elm və təcrübənin gücünü birləşdirir (FOTO)

Bakı. Trend:

"Təmiz Şəhər" ASC və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) əməkdaşlığa başlayıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənaye müəssisəsinin təcrübəsi və ali təhsil ocağının elmi nəzəri naliyyətləri birləşir. Tərəflər arasında aprel ayında əməkdaşlıqla bağlı imzalanmış müqaviləyə əsasən, ADNSU-nun elmi potensialından sitifadə olunaraq tədiqat işləri aparılacaq və araşdırmaların nəticələri "Təmiz Şəhər"in işində istifadə olunacaq. Həmçinin, ASC-nin mütəxəssisləri universitetdə tullantıların idarə olunması mövzusunda mütəmadi olaraq xüsusi mühazirələr keçəcək. Müəllim və tələbələr səhmdar cəmiyyətin zavodlarını, sənaye parkını, tullantı poliqonunu ziyarət edəcəklər. Bu səfərlər məlumatlandırıcı xarakter daşıyacaq.

Artıq əməkdaşlıq istiqamətində işlər görülməyə başlayıb və "Təmiz Şəhər"in mütəxəssislərinin iştirakı ilə universitetdə bir neçə mühazirə təşkil olunub.

Aprelin 28-də isə hər iki qurumun rəhbərliyinin, ADNSU-nun professor - müəllim, tələbə kollektivinin, ASC-nin mütəxəssislərinin iştirakı ilə geniş konfrans keçirilib. Tədbirdə "Təmiz Şəhər"in idarə etdiyi Balaxanı sanitar poliqonu və Balaxanı Sənaye Parkı barədə geniş məlumat verilib.

Konfransda çıxış edən ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov elmi tədqiqat müəssisələri ilə sənayenin iş birliyinin qurulması təcrübəsinin dünyanın inkişaf etmiş ölkələrində geniş yayıldığına diqqət çəkərək, bu təcrübənin Azərbaycanda tətbiqinin hər iki sahənin inkişafı üçün əhəmiyyətli olacağını vurğulayıb.

ADNSU-nun rektoru Mustafa Babanlı isə sənaye müəssisələri ilə əməkdaşlığın tələbələrin biliklərinin artırılmasında və elmi araşdırmalar aparılmasında böyük rolu olduğunu qeyd edib, təkrar emal mövzusunda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti