...

Mayın 1-dən avtomobillərə jalüzlərin vurulmasına icazə veriləcək

Cəmiyyət Materials 29 Aprel 2016 11:35 (UTC +04:00)
Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə jalüzlərin vurulmasına icazə veriləcək.
Mayın 1-dən avtomobillərə jalüzlərin vurulmasına icazə veriləcək

Bakı. Samir Əli - Trend:

Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə jalüzlərin vurulmasına icazə veriləcək.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, bu icazə noyabrın 15-dək qüvvədə olacaq: "Nəqliyyat vasitəsinin şüşələrinin görünüşünün məhdudlaşdırılması, şəffaflığın korlanması ilə əlaqədar jalüzlərin quraşdırılaraq avtomobilin idarə edilməsi "Yol hərəkəti haqqında" Qanuna edilmiş 1 saylı əlavənin tələbinə əsasən, inzibati məsuliyyət yaradır. Lakin isti hava şəraiti ilə əlaqədar may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa və arxa sağ-sol şüşələrinin sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimələnəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti