Bakı. Samir Əli - Trend:
Son 1 ildə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupuna 739 şikayət daxil olub. Trend-in məlumatına görə, bu barədə İşçi Qrupunun iclasında hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.
Onun sözlərinə görə, daxil olan şikayətlərin əksəriyyəti regionları əhatə edir. Şikayətlər əsasən mənzil şəraiti, sahibkarlıq fəaliyyəti, uşaq bağçalarındakı vəziyyətlə bağlıdır.
S.Qocamanlı deyib ki, şikayətlər içərisində insan hüquqları ilə bağlı olanlar da var: "Qeyd edək ki, həmin şikayətlərin əksəriyyəti həllini tapıb. İşçi Qrupu bu şikayəti araşdırıb və danışıqlar aparandan sonra problem həllini tapıb".