...

Allahşükür Paşazadə: Ramazan ayı ilə bağlı yalnız QMİ-nin tərtib etdiyi təqvimdən istifadə olunmalıdır

Cəmiyyət Materials 26 May 2016 12:01 (UTC +04:00)
“Azərbaycanda Ramazan ayı ilə bağlı yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib edilən təqvimdən istifadə olunmalıdır”.
Allahşükür Paşazadə: Ramazan ayı ilə bağlı yalnız QMİ-nin tərtib etdiyi təqvimdən istifadə olunmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda Ramazan ayı ilə bağlı yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib edilən təqvimdən istifadə olunmalıdır".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, bəzən kənardan düzgün olmayan təqvimlər gətirirlər: "Bu təxribatdır, bütün dindarlar diqqətli olmalıdır, bu istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlıq etməlidirlər".

QMİ sədri bildirib ki, bəzi qüvvələr Azərbaycanda məzhəb ayrıseçkiliyi yaratmağa, sabitliyi pozmağa çalışırlar: "Biz hər birimiz diqqətli olmalı, bu cür qüvvələrə imkan verməməliyik".

A.Paşazadə deyib ki, Ramazan ayında oxunan moizələrdə dini məsələlərlə yanaşı, vətənpərvərlik də təbliğ olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti