...

A-Qroup körpənin müalicəsi üçün 38 000 AZN ödədi

Cəmiyyət Materials 27 May 2016 12:28 (UTC +04:00)
A-Qroup Sığorta Şirkəti neyroblastoma - endokrin sisteminin xərçəngi diaqnozu qoyulmuş ikiyaşlı körpənin həyati əhəmiyyətli müalicə xərclərini ödəməyi öhdəsinə götürmüşdür.
A-Qroup körpənin müalicəsi üçün 38 000 AZN ödədi

Bakı. Trend:

A-Qroup Sığorta Şirkəti neyroblastoma - endokrin sisteminin xərçəngi diaqnozu qoyulmuş ikiyaşlı körpənin həyati əhəmiyyətli müalicə xərclərini ödəməyi öhdəsinə götürmüşdür. Sığorta Şirkətindən Trend-ə verilən məlumata gröə, 2015-ci ilin sonundan etibarən körpə Türkiyənin İzmir şəhərində lazımi müalicə alır. A-Qroup mərhələli şəkildə, müvafiq müalicənin aparıldığını təsdiq edən sənədlər təqdim edilən kimi, ödənişi həyata keçirir. Təkcə bu günə olan ödəniş məbləği 38 000 AZN təşkil edir.

Şirkətdən bildiriblər: "Qarşıda bizi hələ müalicənin növbəti ayları gözləyir. Biz ümid edir və inanırıq ki, hər şey müsbət sonluqla bitəcək!"

A- Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onları beynəlxalq standardlara uyğun, yüksək keyfiyyətli xidmətlətəmin edən şirkət olaraq qalmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti