...

Bakı-Quba avtomobil yolu bağlanır

Cəmiyyət Materials 27 May 2016 16:28 (UTC +04:00)
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.
Bakı-Quba avtomobil yolu bağlanır

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqaməti) tətbiq olunacaq.

Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən bunu nəzərə almalarını və diqqətli olmalarını xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti