...

Ankarada COMCEC İşçi qrupunun 4-cü Koordinasiya İclası öz işinə başlayıb

Cəmiyyət Materials 1 İyun 2016 17:00 (UTC +04:00)
Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) İşçi qrupunun 4-cü Koordinasiya İclası öz işinə başlayıb.
Ankarada COMCEC İşçi qrupunun 4-cü Koordinasiya İclası öz işinə başlayıb

Bakı. Trend:

Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) İşçi qrupunun 4-cü Koordinasiya İclası öz işinə başlayıb. Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda üzv ölkələrlə İşçi qrupunun gələcək fəaliyyət istiqamətləri, Komitənin layihə maliyyələşdirilməsi mexanizmlərinin funksionallığı və təkmilləşdirilməsi, 2017-2019-cu illərdə turizm və digər sahələr üzrə İşçi qrupunun əsas mövzuları və bir sıra digər məsələlər müzakirə olunub.

İclasda 30-a yaxın ölkədən 90-a yaxın nümayəndə iştirak edir. Məlumat üçün bildirək ki, sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir.

Bununla yanaşı, iclasın ikinci günü ərzində cari ilin sentyabr ayı ərzində elan ediləcək COMCEC-in layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində 4-cü layihə çağırışının detallarına dair müvafiq təlim keçiriləcəkdir. Tədbir öz işini cari ilin iyunun 2-də başa vuracaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti