...

"Azərbaycan Ordusu regionda öz sözünü deməyə qadir olan gücə çevrilib"

Cəmiyyət Materials 22 İyun 2016 12:28 (UTC +04:00)
Bu gün Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin 98 illiyinə həsr olunmuş "Ordumuz - qürurumuz" adlı tədbir keçirilib.
"Azərbaycan Ordusu regionda öz sözünü deməyə qadir olan gücə çevrilib"

Bakı. Samir Əli - Trend:

Bu gün Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələrinin 98 illiyinə həsr olunmuş "Ordumuz - qürurumuz" adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Hərb Tarixi Muzeyinin rəhbəri, polkovnik Əzizağa Qənizadə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən danışıb. Bildirib ki, 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyətinin ilk əlahiddə korpusu yaradılıb, 1920-ci il aprelin 28-də isə dağılıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin hərbi təhsil alması ilə bağlı sərəncanm imzalayıb və elə həmin il Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılaraq fəaliyyətə başlayıb. Bu gün həmin hərbi məktəbin 8 məzunu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yüzlərlə müdavim isə müxtəlif dərəcəli orden və medallarla təltif edilib.

Azərbaycan xalqının mübariz olduğunu deyən Ə.Qənizadə bildirib ki, SSRİ dağılandan sonra Azərbaycanda özünümüdafiə batalyonları yaradılıb: "Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərinə soxulması, torpaqlarımıza hücumu zamanı minlərlə gənc könüllü olaraq özünümüdafiə batalyonları yaratmaqla düşmənə qarşı vuruşmağa başlayıb. 1991-ci il sentyabrında Azərbaycanın Müdafiə Nazirliyi yaradılıb və bir ay sonra ölkənin müdafiə naziri təyin edilib. 1993-cü ildə yenidən Azərbaycana hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev həmin ilin noyabrında Azərbaycan xalqına çağırış edərək torpaqlarımızın müdafiəsinə qoşulmaq üçün birləşməyimizi istədi. Bu çağırışdan sonra minlərlə Azərbaycan gənci birləşərək könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsinə qoşulub və Azərbaycanın nizami ordusu yaradılıb. 1998-ci ilin may ayında Prezident Heydər Əliyevin sərəncamı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü elan edilib. 2002-ci il avqustun 17-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb.

Ə.Qənizadə qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən inkişaf edən ordular sırasındadır, dünya standartlarına cavab verən səviyyədədir. Azəebaycan Ordusu bu gün regionda öz sözünü deməyə qadir olan gücə çevrilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş sənədli film nümayiş olunub və bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti