...

Bu ilin 6 ayında ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub

Cəmiyyət Materials 3 Avqust 2016 11:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar 2016-cı ilin 6 ayı ərzində 1980 şikayət daxil olub.
Bu ilin 6 ayında ETSN-nin “Qaynar xətt”inə 1980 şikayət daxil olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları ilə əlaqədar 2016-cı ilin 6 ayı ərzində 1980 şikayət daxil olub. Bu barədə ETSN-dən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, “Qaynar xətt”ə daxil olan şikayətlərdən 1841-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Belə ki, 6 ay ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 740 şikayət, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 862 şikayətdən 759-u, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 174 şikayətdən 165-i, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 43 şikayət, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 114 şikayətdən 95-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 19 şikayətdən 18-i, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 şikayət, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 9 şikayətdən 6-sı, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 16 şikayətdən 12-si, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 2 şikayət üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti