Bakı. Trend:
Binəqədi rayonunda “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə Gənclər fərqli təşəbbüs ilə çıxış ediblər.
Trend-in məlumatına görə, bir qrup Binəqədi rayonundan olan gənc “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə fərqli təşəbbüslə çıxış ediblər.
Gənclər ötən gün 2 aprel döyüşlərində qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgərləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət ediblər. Onlar Binəqədi gəncləri adından şəhidlərin məzarları önünə əklil qoyublar.
Sonra gənclər şəhidlərin ailələrini ziyarət edərək onların göstərdikləri qəhrəmanlıqlar haqqında söhbət açıblar. Gənclər şəhidlərimizlə fəxr etdiklərini vurğulayaraq bütün şəhidlərimizə rəhmət diləyiblər. Şəhidlərin valideynləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirərək gənclərimizi vətənpərvər ruhda böyüməyə səsləyiblər.
Sonda gənclər tərəfindən ailələrə hədiyyələr təqdim edilib.