...

Fəxriyyə Xələfova gənclərlə teatra gedir

Cəmiyyət Materials 5 Sentyabr 2016 13:32 (UTC +04:00)
“ADDIM” Gənclər Təşkilatı yeni mövsümdə üzvləri üçün mədəni istirahət imkanlarını artırır.
Fəxriyyə Xələfova gənclərlə teatra gedir

Bakı. Trend:

“ADDIM” Gənclər Təşkilatı yeni mövsümdə üzvləri üçün mədəni istirahət imkanlarını artırır. Təşkilat ötən il gənclər və ictimaiyyət arasında böyük maraqla qarşılanan "KinoyaADDIMla" layihəsi ilə yanaşı indi "TeatraADDIMla" devizi adı altında teatr tamaşalarına da gənclər üçün xüsusi nümayişlər təşkil edəcək.

Təşkilatdan Trend-ə verilən məlumata görə, digər alternativ layihədəki kimi gənclər tamaşaları ödənişsiz olaraq, məhşur simalarla birgə izləyəcəklər. Gənclərin ilk teatr səfəri 16 sentyabr saat 18:00 da Səməd Vurğun adına dövlət Rus Dram teatrında baş tutacaq.

Təşkilat üzvləri ilk olaraq rejissor Aleksandr Şarovskinin, baş rollarını xalq artisti Səfa Mirzəhəsənov və əməkdar artist Nataliya Şarovskaya oynadığı "Afina Gecələri" tamaşasını izləyəcəklər.

Rus Dram Teatrının 96-cı teatral mövsümünün açılışı günü nümayiş olunacaq əsər yazıçı Pyotr Gladilinin pyesi əsasında hazırlanıb. Layihədə isə ilk ulduz qonaq qismində əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova iştirak edəcəkdir.

Qeyd edək ki, artıq 2 ildən çox gerçəkləşdirilən layihə gənclər arasında incəsənət və mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə gerçəkləşdirilir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti