...

Qurban bayramı ərəfəsində Bakı SOS Uşaq Kəndi balacalarının sevinci (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2016 12:47 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı SOS Uşaq Kəndində Qurban bayramı münasibətilə tədbir keçirilib.
Qurban bayramı ərəfəsində Bakı SOS Uşaq Kəndi balacalarının sevinci (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı SOS Uşaq Kəndində Qurban bayramı münasibətilə tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları uşaqları bayram münasibəti ilə təbrik ediblər.

Tədbir zamanı tanınmış müğənnilər Rüfət Xəlil, Nihat Məlik, Aidə Feyziteva, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, “Meqas” qrupu, “Səma” vokal qrupu və rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb.

Balacalar təşkil olunmuş müxtəlif əyləncəli oyunlarda iştirak edib, musiqi sədaları altında rəqs edərək tədbirdən xüsusi zövq alıblar.

Sonda uşaqlara Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən bayram hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti