Bakı. Elçin Mehdiyev - Trend:
2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş vermiş yol qəzaları nəticəsində 490 nəfər həlak olub, 1409 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), həlak olanların sayı 93 nəfər (16%), yaralananların sayı 123 nəfər (8%) azalıb.
Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 118 nəfər həlak olmuş, 463 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalıb.