...

Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2016 17:23 (UTC +04:00)
DQİDK “Sədərək” Ticarət Mərkəzində dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.
Dini ədəbiyyatla bağlı monitorinqin nəticələri açıqlandı  (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib.

Komitənin sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

S.Heydərov bildirib ki, həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, həmçinin bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyatlara icazənin verilmədiyi və nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.

Onun sözlərinə görə, qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti