...

Goranboyda kəndə hücum edən çaqqaldan quduzluq nümunəsi götürülüb

Cəmiyyət Materials 15 Dekabr 2016 11:06 (UTC +04:00)
Dekabrın 13-də Goranboy rayonunun Tatarlı kəndinə hücum edən çaqqaldan nümunə götürülüb.
Goranboyda kəndə hücum edən çaqqaldan quduzluq nümunəsi götürülüb

Bakı. Samir Əli - Trend:

Dekabrın 13-də Goranboy rayonunun Tatarlı kəndinə hücum edən çaqqaldan nümunə götürülüb. Bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Qurum rəsmisi bildirib ki, çaqqal tələ ilə tutularaq məhv edilib və onun başından nümunə götürülüb:

"Götürülən nümunə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyada çaqqalın quduz olub-olmadığı müəyyən ediləcək".

Y.Xanvəli bildirib ki, caqqalın kənddə hücum etdiyi ev təsərrüfatına ziyan dəyməyib:

"Təsərrüfat sahibi iddia edib ki, hadisədən bir müddət əvvəl onun bir neçə ev quşunu çaqqal məhv edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti