...

Bərdədə tolerantlıq ənənələrinin qorunub saxlanılması müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2017 15:48 (UTC +04:00)
Bərdədə “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Bərdədə tolerantlıq ənənələrinin qorunub saxlanılması müzakirə olunub  (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən bu gün “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəl “20 Yanvar” hadisələri zamanı həyatını itirmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov açıb. İcma sədri məruzəsində dinə dövlət qayğısından və xalqımıza xas tolerantlıq ənənələrindən danışıb.

Dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından bəhs edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov bu sahədə mövcud qanunvericilik barədə tədbir iştirakçılarını məlumatlandırıb. İslam dininin radikalizmdən uzaq olduğunu və İslam dəyərlərinin radikalizmə qarşı mübarizədə əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.

Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, Zümürxan kənd sakini, Qarabağ müharibəsi veteranı Natiq Seyidov, dini ayinlərin icraçısı Şahin Bəbişov mövzu ilə bağlı çıxış ediblər.

Çıxış edənlər Azərbaycanda mövcud tolerant dəyərlərin yüksək inkişafından, dünyaya nümunə olmasından, gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən qorumağın vacibliyindən danışıblar, bu dəyərlərin daha da inkişaf etdirilməsi və təbliğinin, dini radikalizmin zərərləri və bu sahədə maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti