İcazəsiz dini ədəbiyyatla bağlı 12 mağaza sahibi cərimələnib, 2-i barədə polis təhqiqat aparır (FOTO)

İcazəsiz dini ədəbiyyatla bağlı 12 mağaza sahibi cərimələnib, 2-i barədə polis təhqiqat aparır (FOTO)

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyətindən danışıb. O, bildirib ki, Komitə 2016-cı ildə mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması istiqamətində fəaliyyətini ardıcıl davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Komitə sədri bildirib ki, “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın zəngin multikultural və tolerantlıq ənənələrinin ölkə daxilində, beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin Xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər aidiyyəti qurumlar və dini mərkəzlərlə birgə tədbirlər reallaşdırıb.

Daha sonra Komitə sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, 2016-cı ildə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması, dini obyektlərin tikintisi ilə bağlı məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin öyrənilməsi və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər həyata keçirilib.

G.İsmayılov bildirib ki, Dövlət Komitəsi ötən ildə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri ilə bağlı dini durumun nəzarətdə saxlanılması məqsədilə məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirib, eləcə də dini maarifləndirmə istiqamətində silsilə görüş və tədbirlər təşkil edib. Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlərə əsasən, əvvəlki illərlə müqayisədə ötən ildə Ramazan və Qurban bayramları namazının fərqli günlərdə icrası halı qeydə alınmayıb, dindarlar QMİ-nin təqviminə uyğun olaraq eyni tarixdə bayram namazlarını qılıblar.

Dövlət Komitəsinin əməkdaşlarının apardıqları müşahidələrə və daxil olmuş məlumatların təhlilinə əsasən, ötən il Aşura mərasimi ümumilikdə sabit keçib, eləcə də əvvəlki illərlə müqayisədə, həm təşkilati, həm də keçirilmə formasında bəzi müsbət dəyişikliklər baş verib.
Dövlət Komitəsi tərəfindən 2016-cı ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 749-a çatdırılıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 721-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Dövlət Komitəsinin sədr müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-ə yaxın kitabın nəşr olunduğunu diqqətə çatdırıb.

G.İsmayılov dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək bildirib ki, bu istiqamətdəki işlər ötən il ərzində dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib. 2016-cı ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirib. Dövlət Komitəsi ötən il ərzində dini maarifləndirmə istiqamətində QMİ ilə də yaxından əməkdaşlıq edib və bu qurumla birgə 11 xüsusi tədbir baş tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, 2016-cı il ərzində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış vəsait hesabına dini icmaların layihələrinin maliyyələşdirilməsi prosesi davam edib. 68 layihənin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib.

Eyni zamanda, Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən maarifləndirici səciyyə daşıyan “Fitnə” sənədli filmi böyük əks-səda doğurub. Sənədli film ictimaiyyətə təqdim olunmaq üçün ölkə ərazisində fəaliyyət göstərən telekanallara və Azərbaycanın bütün yerli icra hakimiyyəti orqanlarına göndərilib. Əksər rayonlarda, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda filmin nümayişi həyata keçirilib.

Ötən ildə Dövlət Komitəsinin sifarişi və “Trend” Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə “Vandalizm” adlı sənədli film də ərsəyə gətirilib və noyabr ayının 24-də Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

G.İsmayılov Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili“ elan edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Dövlət Komitəsi tərəfindən 160-dan artıq tədbir keçirildiyini qeyd edib, eyni zamanda, tədbirlərin hər biri haqqında ətraflı məlumat verib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov isə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Dövlət Komitəsi tərəfindən ötən il dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.

İcazəsiz dini ədəbiyyatların yayılmasının və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib, 40 mağazada monitorinqlər təşkil olunub, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib. 17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev hesabat dövrü ərzində illik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, dini radikalizmə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də maarifləndirmə işlərinin təşkili istiqamətlərində görülmüş işlərdən danışıb.

O bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.

V.Babayev Muxtar Respublikada yerləşən dini icmaların hər birinə maliyyə vəsaitinin ayrıldığını vurğulayaraq, ötən il ərzində dini icmaların həyata keçirdikləri maarifləndirmə tədbirlərindən danışıb. O bildirib ki, Naxçıvan MR-də dinin düzgün təbliğinə xüsusi diqqət yetirilib, din xadimlərinin biliklərinin artırılması üçün ötən il Naxçıvan şəhər Sarvanlar və Şərur şəhər məscidlərində müvafiq təkmilləşdirmə kursları təşkil edilib. İl ərzində 175 nəfər təkmilləşdirmə kurslarında iştirak edib. Vüqar Babayev 2016-cı il ərzində 458 din xadiminin attestasiyadan keçirildiyini, onlardan 365-nə vəsiqələr verildiyini deyib.

O bildirib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının Muxtar Respublika ərazisində yayılmasına nəzarət edilib və nəticədə dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyini təbliğ edən 849 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb.

V.Babayev 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə əlaqədar Multikulturalizm və dini məsələlər üzrə Komissiyanın iş planına əsasən il ərzində 17 tədbirin keçirildiyini bildirib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dövlətin din siyasətini həyata keçirən əsas strukturun - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son illərdəki fəaliyyəti diqqətçəkəndir. Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata keçməsi üçün Azərbaycanın bütün dini icmalarının, məscidlərinin real durumunu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə şərait yaradırlar.

S.Salahlı Dövlət Komitəsinin “Multikulturalizm ili”ndə həyata keçirdiyi tədbirlərdən bəhs edərək 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin qarşısında duran vəzifələrdən də danışıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev iclasda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Dövlət müşaviri ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içərisində yaşadıqlarını deyib. Dövlətimiz tərəfindən müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara daim diqqət və qayğı göstərildiyini qeyd edib.

K.Abdullayev “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir.Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi.

Dövlət müşaviri bu sahədə fəaliyyətin davam etdirilməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əlaqələrin daha da gücləndirilməsinin, birgə tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb.

O, bildirib ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməklə Azərbaycanda İslami dəyərlərə verilən qiyməti dünya səviyyəsində bir daha qeyd edib. Çünki bu dəyərlər Azərbaycan üçün son dərəcədə vacib mənəvi dəyərlərdir və Azərbaycan İslam dünyasının incisi olmağa layiq ölkədir.

İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Dövlət Komitəsinin hesabat ilində gördüyü işlər qənaətbəxş hesab edilib. ​

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Bütün xəbərlər