...

800 nəfər dərman, 500 nəfər dəm qazından zəhərlənib

Cəmiyyət Materials 23 Fevral 2017 17:37 (UTC +04:00)
Ötən il 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.
800 nəfər dərman, 500 nəfər dəm qazından zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ambulator qaydada 3000-dən çox xəstənin müraciət edib.

2016-cı il ərzində Toksikologiyanın stasionar şöbəsinə 2200 xəstə qəbul olunub. Bunlardan 800 nəfər dərman, 500 nəfər dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sançması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.

Xəbər lenti

Xəbər lenti