...

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə Turizm və Menecment Universiteti anlaşma memorandumu imzalayıb (FOTO)

Cəmiyyət Materials 7 Mart 2017 17:57 (UTC +04:00)
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Turizm və Menecment Universitetinin arasında birgə əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə Turizm və Menecment Universiteti anlaşma memorandumu imzalayıb (FOTO)

Bakı. Trend:

Bu gün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Turizm və Menecment Universitetinin arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov bildirib ki, bu sənəd müasir nailiyyətlərə əsaslanan turizm və menecment sahəsində uşaq və gənclərin maarifləndirilməsi, ekoloji turizm biliklərinin artırılması, kadr hazırlığı üçün nəzərdə tutulan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

İmzalanma mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək, gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə rəvac verəcəyini bildirib.

Sonda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti