...

Bayram günlərində Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 18 Mart 2017 15:22 (UTC +04:00)
Bayram günlərində Kənd Təsərrüfatı Nazirliyinin strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Bayram günlərində Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olmasına baxmayaraq, bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti