...

“Volkswagen” 200-dən çox avtomobili geri çağırır

Cəmiyyət Materials 4 Aprel 2017 20:12 (UTC +04:00)
“Volkswagen Qrupp Russ” şirkəti Rusiyada 200-dən çox “Volkswagen” və “Audi” markalı avtomobili geri çağırıb.
“Volkswagen” 200-dən çox avtomobili geri çağırır

Bakı. Trend:

“Volkswagen Qrupp Russ” şirkəti Rusiyada 200-dən çox “Volkswagen” və “Audi” markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqları və kəmərlərində mümkün qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, 2016-2017-ci illərdə istehsal olunan “Volkswagen”in “Golf”, “Amarok”, “Passat” və “Caravelle” modelli 74 avtomobili, “Audi”nin A4, A5, A6 və A8 modelli 128 avtomobili geri çağırılıb.

Bu avtomobillərdə qeyd edilən hissələrin əvəz ediləcəyi məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti