...

Karateçi Roman Heydərov: Qələbəyə qədər mübarizə aparacağam

Cəmiyyət Materials 14 May 2017 12:23 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan karateçisi Roman Heydərov finalda qələbə qazanmaq niyyətindədir.
Karateçi Roman Heydərov: Qələbəyə qədər mübarizə aparacağam

Bakı. Azad Həsənli - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan karateçisi Roman Heydərov finalda qələbə qazanmaq niyyətindədir.

Trend-ə açıqlamasında idmançı qeyd edib ki, keçirdiyi 3 görüşdən ən çətini iranlı rəqibi Əbulfəzl Şahrcerdi ilə qarşılaşması olub.

"Surinam üzərindəki ilk qələbəm asan başa gəldi. Ancaq mən tatamiyə çıxanda hətta, rəqib zəif olsa da, maksimum gücümü göstərməyə çalışıram. Mənim üçün ən çətin rəqib İran idmançısı oldu. Yarımfinalda isə mən indoneziyalı rəqibim Əhməd Yudu ilə qarşılaşdım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti