...

Bilik Fondu bölgə abituriyentləri üçün videokonfrans keçirib (FOTO)

Cəmiyyət Materials 31 May 2017 14:55 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib.
Bilik Fondu bölgə abituriyentləri üçün videokonfrans keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova iştirakçılara təhsilin önəmini xatırladaraq, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin maarifləndirilməsinə ehtiyac duyulduğunu bildirib və abituriyentlərin imtahan öncəsi bir sıra məlumatlara yiyələnməsinin səmərəli nəticələr verəcəyini vurğulayıb.

Abituriyentlərin maarifləndirilməsi məqsədilə təşkil olunmuş videokonfransda Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Hüseynova, Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov imtahan qaydaları, universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığının qiymətləndirilməsindən bəhs ediblər.

Tanınmış psixoloqlar Tariyel Faziloğlu və Lalə Ağayeva "Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda geniş məruzə ediblər. Bildirilib ki, uzun müddət dərs oxumaq, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması, ən əsası emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur. Psixoloqlar abituriyentlərə məsləhət görüblər ki, imtahanqabağı stressi dəf etmək üçün imtahan və onun nəticələri barədə neqativ fikirlərdən uzaq olsunlar, pozitiv düşünsünlər.

Sonra mütəxəssislər interaktiv formada keçirilən videokonfransda Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvandan olan abituriyent və valideynlərin çoxsaylı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti