...

Mikayıl Cabbarov: Startap layihələrinin icrası gənclərə və ali məktəblərə yeni imkanlar yaradır

Cəmiyyət Materials 16 İyun 2017 12:26 (UTC +04:00)
Universitetiərdə startap layihələrinin icrası gənclər və ali məktəblərin özləri üçün yeni imkanlar yaradır.
Mikayıl Cabbarov: Startap layihələrinin icrası gənclərə və ali məktəblərə yeni imkanlar yaradır

Trend-i buradan izləyin

Bakı. Trend:

Universitetiərdə startap layihələrinin icrası gənclər və ali məktəblərin özləri üçün yeni imkanlar yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov qeyd edib ki, universitetlərdə icra olunan startap layihələri kreativ, sahibkarlıq ruhu ilə yaşayan gənclərə yol açır:

"Digər tərəfdən, bu, universitetlərə özlərinin biznes potensialını göstərməyə imkan verir. Biz hu layihələri Azərbaycanın gələcəyinə yönəlmiş investisiya kimi qəbul edirik. Biz ali məktəblərlə bu yolun başlanğıcındayıq. Biz ali məktəblərlə birlikdə belə layihələrlə bağlı vahid milli platfotmadan çıxış etməliyik".

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Yüksək Texnologiyalar Parkına bu günə kimi 300-dən çox startapçı müraciət edib. Onlardan 29-u bu gün parkda daimi fəaliyyət göstərir. 150-ə yaxın startapçı isə nazirliklə mütəmadi əməkdaşlıq edir.

Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu söyləyib:

"Mövcud istiqamətdə nazirlik və ona tabeli qurumlar ilk addımlar atıb. Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişaf etidirlməsi üçün startap layihələrinə dəstək verilir, qrantlar ayrılır. Bu günə kimi İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi başa çatıb. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib. İKT sisteminin formalaşdırılmasının əsasında inqubasiya mərkəzləri durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti