...

"Təmiz Şəhər" Azərbaycan gimnastları üçün virtual tur təşkil edib (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2017 13:38 (UTC +04:00)
“Təmiz Şəhər” ASC Milli Gimnastika Arenasında Azərbaycan yığmasının idmançıları üçün tullantıların idarə edilməsi mövzusunda mühazirə oxuyub və “Tullantıdan sənətə” muzeyinə 360 dərəcə virtual tur təşkil edib.
"Təmiz Şəhər" Azərbaycan gimnastları üçün virtual tur təşkil edib (FOTO)

Bakı. Trend:

“Təmiz Şəhər” ASC Milli Gimnastika Arenasında Azərbaycan yığmasının idmançıları üçün tullantıların idarə edilməsi mövzusunda mühazirə oxuyub və “Tullantıdan sənətə” muzeyinə 360 dərəcə virtual tur təşkil edib.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən bildiriblər.

“Təmiz Şəhər” ASC-nin nümayəndələri gimnastlara səhmdar cəmiyyətin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildiriblər ki, cəmiyyətin nəznində Avropanın ən müasir zavodlarından hesab edilən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Alman texnologiyaları ilə inşa edilmiş Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavodu və sanitar normalara tam cavab verən bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu fəaliyyət göstərir.

Bununla yanaşı, idmançılara Abşeron göllərinin ekoloji bərpası layihəsi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb.

Daha sonra Qala qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyi barədə məlumatlar idmançıların diqqətinə çatdırılıb. Məlumat verilib ki, 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzeydə 30 ölkədən olan 80-dən çox sənət adamının incəsənət əsərləri yerləşdirilib. Əlavə olunub ki, bu muzeyə olan marağı nəzərə alaraq, bura gələ bilməyənlər üçün xüsusi 360 dərəcə virtual reallıq turu hazırlanıb və hər kəs www.tamizshahar.az internet səhifəsinə daxil olaraq bu turda iştirak edə bilər.

Sonda idmançılar xüsusi eynəklər vasitəsilə “Tullantıdan sənətə” muzeyinə dair 360 dərəcə virtual turda iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti