...

İlan, əqrəb, qaraqurd sancmalarının statistikası - 79 nəfər qurban (ÖZƏL)

Cəmiyyət Materials 5 Sentyabr 2017 15:15 (UTC +04:00)
Azərbaycanda aprel ayından sentyabrın əvvəlinədək 68 nəfəri ilan, 8 nəfər əqrəb sancma diaqnozu ilə xəstəxanaya müraciət edib.
İlan, əqrəb, qaraqurd sancmalarının statistikası - 79 nəfər qurban (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda aprel ayından sentyabrın əvvəlinədək 68 nəfər ilan, 8 nəfər əqrəb sancma diaqnozu ilə xəstəxanaya müraciət edib.

Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, yalnız avqust ayında 13 nəfəri ilan sancıb ki, onların da 9-u xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin 1-i azyaşlı olub. Avqustda 3 nəfəri qaraqurd hörümçəyi, 2 nəfəri əqrəb sancıb.

A.Maqsudov deyib ki, sancmalar nəticəsində heç bir ölüm halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti