...

Lütfi Zadə ilə vida mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 13:16 (UTC +04:00)
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.
Lütfi Zadə ilə vida mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Qeyd edək ki, cənazəsi bu gecə ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilən mərhum alimin cənazə namazı qılınıb.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

Lütfi Zadə I Fəxri Xiyabanda dəfn edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti