...

"AzerGold" YAP-ın 25 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2017 09:59 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində növbəti ağacəkmə aksiyasını keçirib.
"AzerGold" YAP-ın 25 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Noyabrın 21-ndə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində növbəti ağacəkmə aksiyasını keçirib.

QSC-dən Trend-ə verilən məlumata görə, tədbir Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi ilə əlaqədar həyata keçirilən “Hərəyə bir ağac əkək” kampaniyasının təşəbbüsünə dəstək olaraq baş tutub.

Cəmiyyətin 100-ə yaxın əməkdaşının iştirak etdiyi aksiyada 200-dən çox ağac əkilib. Tədbirin əsas məqsədi respublika üzrə həyata keçirilməkdə olan iri miqyaslı yaşıllaşdırılma işlərinə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına töhfənin verilməsidir.

Qeyd edək ki, il ərzində Çovdar filiz emal sahəsində həyata keçirilmiş ağacəkmə tədbirləri çərçivəsində ümumilikdə 10 hektardan çox ərazi yaşıllaşdırılıb, 6 mindən artıq ağac və kol əkilib.

Korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, yerli əhaliyə dəstək Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Son bir ayda qızıl mədəninin yerləşdiyi sahədə aparılan iməcilik zamanı 3000-dən artıq ot bağlaması, həmçinin 90 m3 budanmış ağac qırıntıları toplanıb, heyvandarlıq və təsərrüfatda istifadə üçün ehtiyacı olan kəndlilərə, yaxın ərazilərdə yerləşən məktəblərə bağışlanıb.

“AzerGold” QSC cari ilin əvvəlindən etibarən, Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90%-i, eyni zamanda mədənin fəaliyyətinin təşkili üçün Cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti