İsveçrənin paytaxtında Bakı şəhərinin “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib (FOTO)

İsveçrənin paytaxtında Bakı şəhərinin “EXPO 2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib (FOTO)

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi bu ölkənin paytaxtı Bern şəhərində “EXPO 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib.

Bern şəhərinin məşhur “Bellevue“ otelində təşkil olunan mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlərdə əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlardan, strateji yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsindən bəhs edib.

Səfir respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söz açıb. Bakının ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Avroviziya” musiqi müsabiqəsi və “Formula-1“ yarışmasına ev sahibliyi etdiyini bildirən səfir, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi altında ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də ev sahibinə çevrildiyini diqqətə çatdırıb, əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında dialoqa mühüm töhfə verdiyini xatırladıb.

Ölkəmizin “EXPO 2025” Ümumdünya Sərgisi üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın dövrümüz üçün çox aktual olduğunu vurğulayan səfir, İsveçrənin özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini söyləyib.

Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırıb ki, “EXPO-2025”ə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcək.

Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Xanım İbrahimova “EXPO 2025” Ümumdünya Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.

Səfir tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyini dəstəkləməyə təşviq etməyə çağırıb.

Xanım İbrahimova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu ölkədə yaşayan soydaşlarımızı təbrik edib, Azərbaycanın rifahı və inkişafı naminə hamını birlik və həmrəyliyə çağırıb, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında və diaspor fəaliyyətinin gücləndirilməsində uğurlar arzulayıb.

Sonra “EXPO 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri barədə hazırlanmış videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlar Azərbaycanın tanınmış pianoçusu Adilə Əliyevanın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləyiblər.

Tədbir çərçivəsində beynəlxalq və milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.

Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ rəsmi Pxenyanı düşmən niyyətlərinin olmadığına əmin edib
Belçika COVİD-19-a qarşı tədbirləri sərtləşdirib
Avropa İttifaqının energetika nazirləri enerji daşıyıcılarının qiymət artımını müzakirə ediblər
Facebook səhmləri 4%-dək ucuzlaşıb
İŞİD-in hücumu nəticəsində İraqın şimalında azı 12 nəfər həlak olub
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk etdi
ABŞ mütəxəssisləri uşaqların peyvənd edilməsinə icazə verməyə çağırıblar
Gürcüstanda Çin bayrağı altında üzən gəmi cərimələnib
Füzuli Beynəlxalq Hava Limanı Qarabağı Azərbaycana qırılmaz şəkildə bağlayacaq - Yalçın Topçu
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr
Çində 4 milyonluq şəhər karantinə alındı
Evlərin təmiri zamanı dələduzlardan necə qorunmaq olar?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək
Həkəri və Bərgüşad çayları strateji əhəmiyyətə malikdir - AÇIQLAMA
Azərbaycandakı sürüşmə zonalarında mövcud vəziyyət açıqlanıb
Rəcəb Tayyib Ərdoğan: İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil
Türkiyə bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcək - Rəcəb Tayyib Ərdoğan
Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər - Deputat
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb
Prezident İlham Əliyev: İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik
Ermənistan Azərbaycanla münasibətlərində səmimi iradə ortaya qoyarsa, Türkiyə ilə də münasibətlərin normallaşması üçün əngəl qalmayacaq - Ərdoğan
Prezident İlham Əliyev: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq
Qarabağ balı Fransaya ixrac olunacaq
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır
Ərdoğan Zəngəzur dəhlizinin təməlqoyma mərasimində: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz
Prezident İlham Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır
Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA
Sosial siyasətin uğurlu istiqamətlərindən biri şəhid ailələrinə daimi qayğıdır - Deputat
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiyalı media eksperti Teleradio Akademiyasında olub (FOTO)
Azərbaycan və Xorvatiya arasında birgə komissiyanın növbəti iclası keçirilib
ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA
Bolqarıstandan olan nümayəndə heyəti Ağdam və Tərtərdə dağıdılmış obyektlərə baxış keçirib
Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub (FOTO/VİDEO)
"Lukoyl"un "Şahdəniz" layihəsində payının artırılması prosesində məsləhətçi şirkətin adı açıqlanıb
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO)
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək - Nazir müavini
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO/VİDEO)
Metroda sıxlığın aradan qaldırılması üçün yeni nəzarət qrupları yaradılıb
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Dövlət orqanlarında 30 vakant vəzifə üzrə daxili müsahibə keçiriləcək
Azərbaycanda ilk beynəlxalq peşəkar Kiber təhlükəsizlik birliyi yaradıldı
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilandan fotolar paylaşıb (FOTO)
BDU-nun baş müəllimi vəfat edib
Səfirlik tərəfindən mühəndislik məhsulları üzrə vebinar təşkil olundu (FOTO)
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın gücünə güc qatacaq - Sevil Mikayılova
Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir (FOTO/VİDEO)
Oktyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb (FOTO)
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib
Qoşqar Təhməzli UNİCEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb (FOTO)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib
Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar (FOTO/VİDEO)
Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edəcək
Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək - İsrailli ekspert
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda heroin alverçiləri yaxalandı (FOTO/VİDEO)
TAP Yunanıstanın təbii qaza olan tələbatının 17 faizini təmin edir
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi
20 dönərxananın sağlamlaşdırılması nəzərdə tutulur - AQTA
Çində 4 milyona yaxın əhalisi olan şəhər karantinə bağlandı
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir
Azad edilmiş ərazilərdə şəhid adlarının əbədiləşdirilməsi çox mühüm addımdır - Deputat
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Qəbələdə toy sahibləri cərimələndi (FOTO/VİDEO)
Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
UNEC Qarabağ mövzusunu dünya kitabxanalarında araşdırır: Ən çox nəşrlər hansı ölkənindir?
Qubadlıda yeni yaradılan hərbi hissə sərhədlərimizin etibarlı qorunmasına şərait yaradır - Hərbi ekspert
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
"Azəristiliktəchizat" ASC qış mövsümünə hazırlıq işlərini başa çatdırıb
Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb (FOTO)
Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Qohumuna qarşı 13 min manatlıq dələduzluq edən qadının işi məhkəməyə göndərildi
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar (FOTO/VİDEO) (YENİLƏNİB)
İranda daha 156 nəfər koronavirusdan ölüb
Laçında qəbirüstü at fiqurları tapılıb (FOTO)
Bu il 1300-ə yaxın əlil şəxs özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO/VİDEO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Bütün xəbərlər