...

26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi

Cəmiyyət Materials 26 Dekabr 2017 11:38 (UTC +04:00)
Tovuzda avtomobil oğrusu qəza törədib.
26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi

Bakı. Samir Əli - Trend:

Tovuzda avtomobil oğrusu qəza törədib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Xatınlı kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Əli Firudin oğlu sərxoş vəziyyətdə rayonun Aşağı Quşçu kəndinə gələrək oradan "VAZ" markalı avtomobili oğurlayıb.

Ə.Rüstəmov həmin avtomobili qaçırmaq istəyərkən rayon ərazisində idarəetməni itirərək qarşı yola çıxıb və nəticədə iki avtomobillə toqquşub.

Hadisə yerinə gələn Tovuz rayon Polis Şöbəsinin əməkdaşları Ə.Rüstəmovun sərxoş olduğunu və idarə etdiyi avtomobili oğurluq yolu ilə əldə etdiyini müəyyənləşdirilib.

Ə.Rüstəmov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti