Bakı. Trend:
Bu il Azərbaycan əhalisinin 76,6 faizi tibbi müayinələrdən keçirilib.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
O qeyd edib ki, geniş diaqnostik imkanlara malik tibb ocaqlarında il ərzində 18 yaşdan yuxarı ölkə əhalisinin 76,6 faizi müayinələrdən keçirilib:
"Onların 3 faizində ilkin xəstəliklər aşkarlanıb, 37,1 faizi əlavə müayinələrə cəlb edilib, 0,5 faizi hospitalizasiya olunub".