Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.
Trend-in məlumatına görə, Rumıniyada SOCAR-ın sayca 38-ci olacaq yanacaqdoldurma məntəqəsi Satu-Mare şəhərində açılacaq.
Hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələri Rumıniyanın 18 regionunda fəaliyyət göstərir.
Bundan başqa SOCAR-ın yanacaqdoldurma məntəqələri Gürcüstan, Ukrayna və İsveçrədə də mövcuddur.