...

“Honda” 373 mindən çox avtomobili geri çağırır - SƏBƏB?

Cəmiyyət Materials 28 Mart 2018 22:52 (UTC +04:00)

Bakı. Trend:

"Honda" şirkəti Çin bazarından 373 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, geri çağırılma "Accord", "Fit", "Crosstour", "City" və "Eventus S1" modellərinə şamil olunacaq.

Xatırladaq ki, fevralın əvvəlində "Honda" mühərrikdəki nasazlıqlarla əlaqədar Çində 350 minə yaxın CR-V və "Civic" modelini geri çağırmışdı.

Qeyd edək ki, 2017-ci ildə isə Çində ümumilikdə 20 milyondan çox avtomobil geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti