...

Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunun qonağı oldular (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2018 15:18 (UTC +04:00)
Aprelin 12-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.
Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunun qonağı oldular (FOTO)

Bakı. Trend:

Aprelin 12-də Azərbaycan Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun rəhbərliyi ilə sektorun əməkdaşları və Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələrinin qatıldığı görüşdə qonaqlar institutun iş şəraiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Görüşdə Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir “Milli kimlik və varislik” mövzusunda mühazirə ilə çıxış edib.

Tələbələrə milli özünüdərkin formalaşmasında mədəniyyətin rolundan danışan C.Özdemir ənənələrə sadiqliyin üstünlüklərindən söz açıb və bildirib ki, insanların rahatlıq tapdığı cəmiyyətin qurulması milliləşməyə sadiq qalmaqdan keçir.

Müasir insanın fərdi inkişaf yolunda yanlışlıqlara yol verdiyini deyən natiq bu səhvlərin nəticəsində fərdin təklənərək eqoizmə qapıldığını, bununla toplumdan uzaq düşməyin ağır fəsadlar törətdiyini diqqətə çatdırıb.

C.Özdemir deyib ki, fərdin sağlam inkişafı üçün sosial ailə olan millətin varlığına qüvvətli sevgi ilə yanaşmaq vacibdir.

Tədbirdə təcrübəçi tələbələrin sualları cavablandırılıb. Sonda iştirakçılar Yunus Emrə İnstitutunun rəhbərliyi və əməkdaşları ilə birgə xatirə şəkli çəkdiriblər.

Bilik Fondunda təcrübə keçən tələbələr təhsil aldıqları ixtisasa uyğun tapşırıqları yerinə yetirməklə yanaşı, mütəmadi görüşlərə cəlb olunur, tədbirlərdə iştirak edirlər.

Təcrübəçilər qısa müddət ərzində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri mərkəzində, AMEA-nın Qafqazşünaslıq və Hüquq və İnsan Haqları institutlarında olub, rəhbərlik və əməkdaşlarla görüşüb, maraqlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti