İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib (FOTO)

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib (FOTO)

Bakı. Trend:

İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.

DQİDK-dən Trend-ə verilən məlumata görə, rayon mədəniyyət mərkəzində təşkil olunan regional konfransda Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, fəal gənclər, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra mədəniyyət mərkəzinin foyesində ulu öndərin zəngin həyatını, ictimai-siyası fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, ulu öndər tərəfindən işlənib hazırlanan dövlət-din modelinin bütün dünya üçün bir nümunə olduğunu söyləyib. Rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verən M.Sadıqov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra çıxış edən DQİDK sədri Mübariz Qurbanlı müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu islahat proqramlarından danışıb. Dövlət Komitəsinin sədri ümummilli liderin ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla, bu sahədə sağlam ideologiya yaratdığını bildirib. Qeyd edib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb.

Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının önəminə toxunub, müstəqil Azərbaycanın 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, həm də Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü dövlət-din modelimiz tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, nəticə etibarı ilə dinamik inkişafımızın başlıca səbəblərindəndir. Komitə sədri Prezident İlham Əliyevin dinə qayğısının təzahürü olaraq 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun, bu ilin fevral ayında isə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi haqqında Fərman və Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli-mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.

Konfransdakı çıxışında Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da ümummilli lider Heydər Əliyevin dinin cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsi nəticəsində mümkün olub. C.Məmmədov bu sahəyə diqqətin davamı olaraq ölkəmizdə dini ibadətgahların bərpa olunaraq dindarların istifadəsinə verildiyini, dini qurumlara maddi yardımların ayrıldığını deyib. Din xadimlərinə müraciət edən C.Məmmədov bu sahədə görülən işlərə öz töhfələrini vermələri üçün onları sağlam dini maarifləndirmə prosesinin həyata keçirilməsində, ölkəmizin radikal təsirlərdən qorunmasında aktiv olmağa çağırıb.

Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyulub. Qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsində ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən, dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından, bu sahədəki siyasətin əsas istiqamətlərindən ətraflı danışılıb.

Konfrans işini aprelin 25-də İsmayıllı şəhərində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda seminarla davam etdirəcək.

Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Azərbaycanda qızıl və gümüş bahalaşır
Azərbaycanda qızıl və gümüş bahalaşır
Loading Bars
Xəbər lenti
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
"Aeroflot" Türkiyəyə bilet satışını dayandırıb
Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib
İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Xaçmaz rayonunda Zəfər parkı inşa edilir (FOTO)
Ermənistan “bir tük də qənimətdir” prinsipi ilə yenə KTMT-dən mədət umur
Bütün xəbərlər