...

Pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyan hesablanır - Yaxın günlərdə açıqlanacaq

Cəmiyyət Materials 11 May 2018 12:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakının 4 nöqtəsində atmosfer havasında zərərli maddələr normadan dəfələrlə çoxdur.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar aparılır və nəticələr haqqında məlumat veriləcək:

“Eyni zamanda bildirmək istəyirəm ki, ötən həftə paytaxtın Sabunçu, Xətai, Səbail və bir sıra ərazilərdə atmosferdə kəskin qoxu müşahidə edilib və bu da insanlara mənfi təsir göstərib. Bununla bağlı müvafiq təşkilatlara xəbərdarlıq etmişik. Müəyyən etdik ki, qoxu şəhərin müvafiq nöqtələrində 4 yerdə daha kəskin yayılıb. Bu bilavasitə neft emalı zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir. Havanın isti və rütubətin normaya uyğun olmaması bu maddələrin daha çox yayılmasına səbəb olub. Neftayırma zavodunun əməkdaşları prosesin onlarda baş vermədiyini deyir. Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər".

M.Qəmbərov bildirib ki, ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması ilə bağlı bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır:

"Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq. Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır”.

Departam­entin d­irektor müav­ini Məta­nət Avazova isə deyib ki, əvvəlki günlərlə müqayisədə B­akı şəhərinin bəzi ər­azilərində müşayiət o­lunan qoxu və iyin miqdarı artıq zəifləyib.

Onun sözlərinə görə,­ mayın 4 və 8-i arası­nda olan kəskin qoxu ­artıq azalma istiqamə­tində inkişaf edib: "­Atmosfer havasında zə­rərli maddələrin miqd­arının azalması onu g­östərir ki, havaya at­ılan tüstünün aradan ­qaldırılması üçün müvafiq tədbirlər görülü­r. Buna baxmayaraq, hə­min ərazilərdə monito­rinq davam etdirilir,­ zərərli maddələrin m­iqdarı normaya düş­ənə qədər monitorinqlərimiz davam edəcək".

M.Avazova qey­d edib ki, rəsmi surə­tdə həmin obyekt rəhb­ərlərinə məktublar gö­ndərilib və xəbərdarl­ıq edilib: "Onlara ko­nkret vaxt verilib. Ə­gər iş görülməsə, inz­ibati tənbeh görüləcə­k".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti