...

“Zirə” FK-nın fəxri prezidenti: Mövsümün ikinci yarısı ağır başladı, amma biz uğura inanırdıq

Cəmiyyət Materials 21 May 2018 12:31 (UTC +04:00)
Ötən gün futbol üzrə Azərbaycan premyer liqasında sonuncu, 28-ci turun oyunları keçirilib.
“Zirə” FK-nın fəxri prezidenti: Mövsümün ikinci yarısı ağır başladı, amma biz uğura inanırdıq

Bakı. Trend:

Ötən gün futbol üzrə Azərbaycan premyer liqasında sonuncu, 28-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, Zirə çempionatın yekunlarına əsasən 4-cü yeri tutub. Mayın 28-i isə Qəbələdə Azərbaycan kubokunun final matçı keçiriləcək.

“Zirə” futbol klubunun fəxri prezidenti Orxan Məmmədov matçdan sonra futbolçuları təbrik edib və mətbuata açıqlamalar verib.

- Matç barədə nə deyə bilərsiniz?

- Biz klub rəhbərliyi olaraq komandanın arxasında möhkəm dayanmışdıq. Mövsümün ikinci yarısı bizim üçün ağır başladı. Gözlənilməz nəticələr oldu. Uşaqlar sonadək mübarizə aparırdı. Biz inanırdıq ki, vəziyyəti yaxşıya dəyişəcəyik. Amma indi heç də hər şey bizdən asılı deyil. Buna baxmayaraq, inanırıq ki, Kubokun finalından sonra Qəbələdən yaxşı xəbərlər alacağıq.

- Xəbərlər yaxşı olmasa, baş məşqşi Ayxan Abbasov vəzifəsində qalacaqmı?

- Məqsədlərin reallaşdırılması yolunda hər zaman çətinliklər olur. Rəhbərlik olaraq biz hər zaman məşqçinin yanındayıq və indi də onu dəstəkləyirik. Əlbəttə ki, nəticədən asılı olaraq biz hər şeyi müzakirə edəcəyik.

- Bu il heyətdə çoxlu zədələr oldu, ehtiyat oyunçular skamyası çox da geniş deyil. Yayda yeni oyunçular cəlb olunacaqmı?

- Bəli, zədəlilər və cəzalılar olub. Bu da öz rolunu oynadı. Həm də, “skamya” çox geniş deyil. Əgər avrokuboklara çıxsaq, transferlər məsələsinə baxılacaq, heyət gücləndiriləcək.

- “Keşlə”nin Kubokun finalında “Qəbələ” üzərində qələbəsi sizin üçün ciddi zərbə olacaq?

- 11 matç dalbadal biz müsbət nəticə əldə edə bilmədik və 11 matçdan sonra vəziyyətin dəyişməsi artıq uğurdur. İnanmıram ki, bizim sevincimizə nəsə mane ola bilər. İnanırıq ki, bu il də ötən il olduğu kimi Avropa Liqasında iştirak edəcəyik. Heç nə bizim sevincimizə mane ola bilməz.

- Komandanı “ortabab” imicindən azad etmək üçün plan və layihələriniz varmı?

- Bəli, layihələr var. Futbolumuz inkişaf edir. Ölkə rəhbərliyi futbolun inkişafını istəyir. Və biz “Zirə” olaraq öz töhfəmizi vermək istəyirik.

- Kubok finalı üçün Qəbələyə gedəcəksinizmi?

- Bəli, belə bir fikir var. Ümid edirəm ki, bunun üçün vaxt ayırmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti