...

Azərbaycan Müəllim İnkişafı Mərkəzi CELTA tədris mərkəzi kimi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 21 İyun 2018 16:51 (UTC +04:00)
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib.
Azərbaycan Müəllim İnkişafı Mərkəzi CELTA tədris mərkəzi kimi fəaliyyət göstərəcək

Bakı. Trend:

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Cambridge Asessment English (Kembricin İngilis dili üzrə Qiymətləndirməsi) tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Kembric Universitetinin bir bölümü olan Cambridge Asessment English (Kembricin İngilis dili üzrə Qiymətləndirməsi) Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Azərbaycanda ilk rəsmi CELTA tədris mərkəzi kimi akkreditə olunduğunu elan edib.

AMİM 23 iyul-17 avqust tarixləri arasında keçiriləcək ilk kursda dil müəllimləri və dil müəllimi olmağı istəyən digər şəxsləri Azərbaycanda təhsil almaq imkanı təqdim edəcəkdir. Təlim proqramı beynəlxalq səviyyədə tanınmış təlimçilər Gary Nixon və Cathy Geraghty tərəfindən keçiriləcək.

CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Cambridge English-də özünəməxsus statusa malik, dünya miqyasında istənilən və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır.

CELTA kvalifikasiyası Kvalifikasiyalar və Kredit Strukturunda 5-ci səviyyəyə malikdir və Böyük Britaniyanın Kvalifikasiya və İmtahan Tənzimləmə İdarəsi (Ofqual) tərəfindən tənzimlənir.

CELTA proqramı müəllimləri öyrənənləri və öyrədənləri anlamada yönləndirən və tədris və öyrənmə kontekstini rəhbər tutan; dil təhlili və məlumatlandırılması; dil bilikləri: dinləmə, danışma və yazma; müxtəlif tədris kontekstləri üçün planlaşdırma və resurslar, tədrisdə bacarıq və peşəkarlığı inkişaf etdirən 120 saatlıq təlim kursudur.

CELTA təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə e-mail - [email protected] və ya 012 599 1967 və 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti