Bakı. Samir Əli - Trend:
2017-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 142 fakt qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik leytenantı Ramil Kazımov deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə insan alveri ilə bağlı faktların sayı artıb: "2015-ci ildə 109, 2016-ci ildə isə 141 fakt qeydə alınıb".