...

Komitə: Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır

Cəmiyyət Materials 25 İyun 2018 11:33 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Biz preventiv tədbirlər görməklə Azərbaycanda sabitliyi, siyasi tarazlığı pozmağa yönəlmiş bütün özbaşına və tamamilə başqa istiqamətdə formalaşan addımların qarşısını alırıq".

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı "Bakı prosesi: dini icmalar və vəzifələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan tarixən dünyada multikulturalizmə görə ən örnək ölkə olub və burada heç zaman dini zəmində münaqişə olmayıb:

"Azərbaycanda heç zaman antisemitizm olmayıb. Azərbaycanda yalnız yəhudilər deyil, xeyli etnik qruplar yaşayıb. Nəinki yəhudilərə, heç bir etnik qrupa qarşı pis münasibət nümayiş etdirilməyib. Azərbaycanda qarışıq nikahların olması da bunu sübut edir".

S.Salahlı qeyd edib ki, Azərbaycanda preventiv tədbirlər görməklə dini maarifləndirmə işləri genişləndirilməlidir.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən ölkəmizdə "Bakı prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini deyib.

Komitə rəsmisi əlavə edib ki, "Bakı prosesi: dini icmalar və vəzifələr" mövzusunda konfrans da bu məqsədlə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti