...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

Cəmiyyət Materials 21 Avqust 2018 22:00 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 21-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti