...

Bakıya məişət tullantıları üçün yeni konteynerlər gətiriləcək

Cəmiyyət Materials 27 Avqust 2018 12:20 (UTC +04:00)
Bakıya məişət tullantıları üçün yeni konteynerlər gətiriləcək.
Bakıya məişət tullantıları üçün yeni konteynerlər gətiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda məişət tullantıları üçün yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub.

Buraya tullantıların çeşidlənməsi məqsədilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xarici ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır.

Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti