...

Azərbaycanda yeni medal təsis edilir

Cəmiyyət Materials 25 Sentyabr 2018 10:08 (UTC +04:00)
Azərbaycanda yeni medalın təsis edilməsi Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Azərbaycanda yeni medal təsis edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni medalın təsis edilməsi Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Trend-in məlumatına görə, yeni medal Azərbaycanda dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) münasibətilə təsis edilir.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Yubiley medalı ilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycanın milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında fərqlənən hərbi qulluqçular təltif ediləcək.

Dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti