...

Nəsimi Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar

Cəmiyyət Materials 29 Sentyabr 2018 14:14 (UTC +04:00)
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar.
Nəsimi Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar

Bakı. Trend:

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar.

Trend-in məlumatına görə, İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində «Şövq məqamları” adlı layihə həyata keçirilir.

İşərişəhərin 30-dan artıq məntəqəsində Nəsimi poeziyası ilə bağlı guşələr yaradılıb. Festival günlərində qədim şəhərin müxtəlif məkanlarında Nəsimi poeziyası nümunələri ilə fərqli formalarda qarşılaşmaq olar. Bu məqsədlə müasir texnologiyanın da imkanlarından istifadə edilir. İçərişəhərdə müxtəlif rəssamların əsərləri, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunur, poeziya nümunələri və musiqi səslənir, teatr tamaşaları təqdim edilir.

Nəsimi festivalı ilə bağlı İçərişəhərdə yaradılmış guşələri də yeni mobil tətbiqdəki interaktiv xəritə vasitəsilə tapmaq olar. Mobil tətbiqi həm İOS, həm də Android sistemi əsasında fəaliyyət göstərən telefonlara aşağıdakı linklərdən istifadə etməklə yükləmək olar:

https://play.google.com/store/apps/details?id=az.mhm.nasimifestival
https://itunes.apple.com/us/app/nasimi-festival/id1435572486?mt=8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti