...

Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2018 08:38 (UTC +04:00)
ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, Azərbaycan və Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak edib.
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində təşkil olunmuş anım günündə yerli ictimaiyyət nümayəndələri, ABŞ-da yaşayan həmyerlilərimiz, Azərbaycan və Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən səfir Elin Süleymanov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu və misilsiz xidmətlərindən söhbət açıb. O, Azərbaycan dövlətçiliyinin çətin vəziyyətində xalqın dəvəti ilə Ümummilli liderin hakimiyyətə gəldiyini, şəxsi fədakarlığı, uzaqgörənliyi, qətiyyəti, müdrikliyi və xüsusi bacarıqları sayəsində ölkəmizi dərin böhranlı vəziyyətdən çıxararaq inkişaf yoluna gətirdiyini xatırlatdı. 1990-cı ilin yanvarında Moskvada tələbə olarkən Heydər Əliyevin cəsarətini, xalqına sevgisi və sadiqliyini Rusiyadakı Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransında şəxsən gördüyünü söyləyən E.Süleymanov bu addımın Azərbaycan xalqını milli müstəqillik yoluna daha da ruhlandırdığını və o çətin günlərdə xalqımıza yeni ümid verdiyini söylədi.

Diplomatik sahədə Ümummilli liderin çoxsaylı uğurlarından danışan səfir Heydər Əliyevin şəxsiyyətinin çapı və müdrikliyi sayəsində Azərbaycan liderinin digər dünya liderləri ilə bərabər səviyyəli tərəf müqabilləri kimi işbirliyi gördüyünü və bunun da Azərbaycanın dünyada mövqelərinin güclənməsinə səbəb olduğunu bildirdi. Bunun sayəsində Azərbaycanın uğurlu enerji və nəqliyyat sahələrində strategiyalarının əsası qoyulduğu da diqqətə çatdırıldı. Bu yaxınlarda ABŞ-ın 41-ci prezidenti Corc Herbert Buşun da vəfat etdiyini xatırladan səfir Heydər Əliyevin C.Buşla 2000-ci ildə görüşü barədə şəxsi təəssüratlarını da bölüşdü. Səfir vurğuladı ki, Ümummilli liderin ən böyük mirası gündən günə inkişaf edən və güclənən müstəqil Azərbaycan dövlətidir və Heydər Əliyevin xatirəsinə sadiqlik məhz müstəqil Azərbaycan dövlətçiliyinə xidmət etməkdir.

Daha sonra çıxış edən Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina Ümummilli lider Heydər Əliyevlə ilk tanışlığının 1994-cü ildə Qahirə şəhərində, ABŞ-ın vitse-prezidenti Albert Qorla görüşünə təsadüf etdiyini, ilk tanışlıqdan Heydər Əliyevin dahi şəxsiyyət və böyük dövlət xadimi olduğunu anladığını söyləyib. H.Azərsina sonrakı illərdə Ümummilli liderin Vaşiqntonda ABŞ prezidenti Bil Klinton və digər dövlət rəsmilərilə görüşlərində iştirak etdiyini, həmin görüşlərdə Heydər Əliyevin Azərbaycan maraqları üçün nə qədər fədakarlıq göstərdiyinin şahidi olduğunu bildirdi.

Həmçinin, anım günü çərçivəsində Səfirlik tərəfindən ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Bu münasibətlə təşkil edilmiş mərasimdə Qida Bankının Prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smit Azərbaycanın ABŞ-dakı Səfirliyinə gələrək Ümummilli lider Heydər Əliyevin büstü qarşısında gül çələngi qoyub. Daha sonra keçirilmiş görüş zamanı Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı ölkəmizin Merilend Qida Bankına yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini, bu xeyirxah addımın Heydər Əliyevin əziz xatirəsinin ən uyğun anılması olduğunu qeyd etdi və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirdi. Xatırladaq ki, 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsulları paylayır. Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn milad və yeni il bayramları ərəfəsində minlərlə ehtiyacı olan insanın yeməklə təmin olunacaq.

Bu tədbirlərdən əlavə, 7 dekabr tarixində Vaşinqtonda İslam Mərkəzində yüzlərlə möminin iştirak etdiyi cümə namazından sonra Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ibadət edənlər üçün ehsan süfrəsi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti