...

Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq - Proqnozlar daha dəqiq olacaq

Cəmiyyət Materials 14 Dekabr 2018 15:51 (UTC +04:00)
Gələn il Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq.
Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq - Proqnozlar daha dəqiq olacaq

Bakı. Samir Əli - Trend:

Gələn il Azərbaycanda dopler radar müşahidə sistemi tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, dopler radar sistemi dünyada geniş istifadə olunur:

"Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək. Təxminən beş saat öncədən dəqiqliklə deyə biləcəyik ki, şəhərin hansısa bir hissəsində yağış müşahidə olunacaq, ya yox. Bu günə kimi bizdə mövcud olan cihazlar bu dəqiqliyi deməyə imkan vermirdi. Sistemin ölkəyə gətirilməsi gələn ilə planlaşdırılır".

U.Tağıyeva qeyd edib ki, dopler radar müşahidə sistemi kifayət qədər bahalıdır: "Bu sistemin əhatə radiusu 200 kilometrə qədərdir. Azı üç radarın Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Mütəxəssislər tərəfindən sistemin harada quraşdırılması müəyyənləşdiriləcək. Gələcəkdə də bu iş mərhələli şəkildə davam etdiriləcək. Çalışmalıyıq ki, sistemlər bütün ölkəni əhatə etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti