...

Nazir müavini məşğulluqla bağlı problem yaradan əsas amillərdən danışdı

Cəmiyyət Materials 23 Yanvar 2019 11:50 (UTC +04:00)
Bəzən bizim əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, hazırlanan kadrların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradan əsas amillərdən biridir.
Nazir müavini məşğulluqla bağlı problem yaradan əsas amillərdən danışdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzən bizim əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, hazırlanan kadrların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradan əsas amillərdən biridir.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır: "Bu gün peşə təhsili sistemində ciddi islahat tədbirləri həyata keçirilir".

İ.İsayev əlavə edib ki, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün də tədbirlər həyata keçirilir: "Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib. Aparılan tədbirlər sayəsində artıq görürük ki, bizim məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıblar. Məsələn, turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub".

Nazir müavini qeyd edib ki, dünyada hər təhsilli beş gəncdən biri əmək bazarında təmsil olunur və işləyən hər dörd gəncdən üçü qeyri-rəsmi şəkildə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti